shopping-bag 0
Items : 0
Subtotal : 0,00
View Cart Check Out

Laatste Nieuws

De Yonq Azərbaycan milli komandasında!

banner_marco

 

 

 

 

 

Hollandiyanın həvəskarlardan ibarət liqasında mübarizə aparan GDS klubunun baş məşqçisi Marko de Yonq 17 yaşadək futbolçulardan qurulmuş Azərbaycan yığmasının baş məşqçisi Mirbağır İsayevin köməkçisi təyin olunub. Azerisport.az Hollandiya mətbuatına istinadən xəbər verir ki, bu, müvəqqəti xarakter daşıyır.

De Yonq yanvarın 11-dən start götürən və ayın 25-dək davam edəcək toplanışda iştirak edir.

GDS klubunun prezidenti Henk van der Stelt bu mövsüm komandanın baş məşqçisi təyin edilmiş De Yonqun gedişini belə şərh edib: “Həyəcanlanmayın. Bu, sadəcə, iki həftə çəkəcək. Bu müddət ərzində biz baş məşqçisiz hazırlaşacağıq”.

De Yonq özü isə bunları söyləyib: “Fantastik təklifdir. Əminəm ki, bu komandanın inkişafına töhfə verə biləcəyəm. Təbii ki, bu, həm də mənim böyük futbolda peşəkarlığımı artırmaq üçün bir imkandır”.

Qeyd edək ki, Azərbaycanın U-17 yığması AÇ-2015-in elit mərhələsinin oyunlarına hazırlaşır. Komandamızı bu mərhələdə Portuqaliya, Xorvatiya və Serbiya ilə duel gözləyir.

2 Responses

Leave a Reply